UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçı başa çatıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Matçda hesabı Macarıstan çempionu açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Frank Boli fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.
Görüşdə əlavə qol vurulmayıb. “Qarabağ” doğma meydanda heç-heçə ilə kifayətlənib.
***
"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında Bakıda keçirilən ilk görüşdə hesab bərabərləşib.
Modern.az xəbər verir ki, oyunun 34-cü dəqiqəsində Ağdam klubunun hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib.
***
"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qonaqlar hesabda önə keçib. Frank Boli 17-ci dəqiqədə fərqlənib.
***
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.
Modern.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov yer alıblar.
“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Sami Mmae, Mats Knuster, Tokmak Nquen, Anderson Esiti, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Frank Boli və Aissa Laiduni çıxıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüşü isveçli baş hakim Andreas Ekberq idarə edir.
Qeyd edək ki, cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
"Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək