Modern.az

Ermənilər feyk məlumatlar yayır - Müdafiə Nazirliyi

Ermənilər feyk məlumatlar yayır - Müdafiə Nazirliyi

Aktual

3 Avqust 2022, 22:20

"Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya yaymaq əməllərindən əl çəkmir və feyk məlumatlar yayırlar".

 

Modern.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

 

"Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Ermənistanın sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik", - nazirlik rəsmisi qeyd edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı