Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycan Xidmət Qrup Komandanı Bəxtiyar Ersayı təltif edib.
Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın sərəncamı ilə Ersaya general-leytenant rütbəsi verilib.
Bəxtiyar Ersay daha əvvəl Türkiyə Quru Qoşunlarının Əməliyyat İdarəsinin rəisi olub.
Xatırladaq ki, ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.