Modern.az

Naftalanda turistlər arasında sorğu keçirildi

Naftalanda turistlər arasında sorğu keçirildi

Aktual

5 Avqust 2022, 14:52

Naftalanda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı və dəstəyi ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.

 

Modern.az xəbər verir ki, sorğuda şəhərdə istirahət və müalicə alan 200-ə yaxın yerli və xarici turist iştirak edib.

 

Azərbaycan, Rus və İngilis dillərində hazırlanmış sorğunun məqsədi Hotel və Müalicə Mərkəzlərində xidmət səviyyəsinin yüksəldilməsi, turist məmnuniyyətinin təmin edilməsidir.

 

Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmışdır. Turistlər şəhərin infrastrukturundan, müalicə aldıqları  hotelin yüksək xidmət səviyyəsindən, həm də müalicənin keyfiyyətindən məmnunluqlarını bildirməklə yanaşı, personalın xarici dil biliklərinin səviyyəsinin artırılmasını, həmçinin, asudə vaxtlarının daha səmərəli keçməsi üçün şəhərdə  ticarət və  əyləncə mərkəzinin (MALL) olmasının vacibliyini qeyd ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı