Modern.az

Nümayəndə heyəti Tayvana yollandı

Nümayəndə heyəti Tayvana yollandı

Aktual

7 Avqust 2022, 12:16

Litvanın nəqliyyat və rabitə nazirinin müavini Aqne Vaycyukevichyutenin başçılıq etdiyi nümayəndə heyəti Tayvana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, Litva nümayəndələrinin Xarici İşlər Nazirliyinə səfərinin məqsədi “mütərəqqi sektorlarda strateji əməkdaşlığın və işgüzar əlaqələrin gücləndirilməsi” olub.

 

Daha əvvəl Adanın Mərkəzi Xəbər Agentliyi (CNA) xəbər vermişdi ki, səfər zamanı Litva rəsmiləri Nəqliyyat Nazirliyinin nümayəndələri ilə görüşəcək və elektrobusların istehsalına baş çəkəcəklər.

 

Qeyd edək ki, ötən il Vilnüsdə Tayvanın rəsmi nümayəndəliyi açılıb. Çin Xarici İşlər Nazirliyi Litvaya etiraz edib. Bundan sonra Çin birtərəfli qaydada Litva ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı