Modern.az

“Qarabağ”ın Macarıstana səfər planı 

“Qarabağ”ın Macarıstana səfər planı 

Aktual

7 Avqust 2022, 15:16

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda "Ferentsvaroş"la qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

 

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

 

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı