Əfsanəvi gürcü müğənni Vaxtanq Kikabidze Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəni sərt şəkildə pisləyib.
Modern.az xəbər verir ki, ifaçı bu barədə “Freedom” kanalının efirində danışıb.
“Bu alçaq müharibə xəstə başdan gəlir. Soyqırımı dəhşətli bir şeydir, bu, çox ciddi cəzalandırılmalı cinayətdir. Putin Stalinin çox böyük pərəstişkarıdır”, – deyə Vaxtanq bildirib.
Qeyd edək ki, Kikabidze 2008-ci ildə Rusiya qoşunlarının Gürcüstana hücumundan sonra bu ölkədəki bütün konsertlərini ləğv edib, o vaxtdan bəri Rusiyaya getməyib.
“Mən bunu edə bilməzdim, güzgüdə özümə baxmağa və nəvələrimlə ünsiyyət qurmağa utanardım” - ifaçı söyləyib.