Modern.az

Rusiyada yoluxanların sayı artdı

Rusiyada yoluxanların sayı artdı

Aktual

7 Avqust 2022, 15:48

Rusiyada mart ayının sonundan bəri ilk dəfə olaraq yeni koronavirus infeksiyasına yoluxma hallarının gündəlik artımı 20 303 nəfər təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, son sutka ərzində 1505 nəfər xəstəxanaya yerləşdirilib, 44 nəfər dünyasını dəyişib.

 

Ümumilikdə Rusiyada pandemiya dövründə 18 712 699 nəfər koronavirusa yoluxub, 382 741 pasiyent dünyasını dəyişib, 18 039 355 nəfər isə xəstəlikdən sağalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı