Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bu yaxınlarda Tbilisi, Şida Kartli, Sameqrelo, Mtsxeta-Mtianeti və Acarıstanda qanunsuz odlu silah və döyüş sursatları aşkar edilərək götürülüb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Məlumata əsasən, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə 8 nəfər saxlanılıb.
Faktla əlaqədar onları 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.