Modern.az

18 nəfərin ölümünə görə sərhədlər bağlandı

18 nəfərin ölümünə görə sərhədlər bağlandı

Aktual

7 Avqust 2022, 17:51

Sudanda 18 nəfərin ölümü ilə bağlı iki ölkə arasında yaranan gərginlikdən sonra Çad Sudanla sərhədini bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

 

Qeyd olunub, sərhəd Çad hakimiyyəti tərəfindən qeyri-müəyyən müddətə bağlanıb. Eyni zamanda Sudan Çadla sərhədə, Qərbi Darfur əyalətinə əlavə ordu birləşmələri göndərib.

 

İki ölkə arasında müştərək sərhədin uzunluğu 1,4 min kilometrdir. Sərhəd Sahara səhrasının şərq rayonlarından keçir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı