Modern.az

Aktiv xəstə sayı artır - Yoluxanların statistikası

Aktiv xəstə sayı artır - Yoluxanların statistikası

Aktual

7 Avqust 2022, 18:00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9760 nəfər vəfat edib, aktiv xəstə sayı 3145 nəfərdir.

 

Son sutka ərzində 3603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı