Futbol üzrə Azərbaycan Premyer Liqasında "Sabah" klubu evdə "Sumqayıt"ı qəbul edib.
Modern.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra "Sabah" 3 xalla liderliyə yüksəlib. "Qarabağ", "Zirə" və "Neftçi" də eyni xala malikdir. "Sumqayıt" isə 0 xalla sonuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" isə "Şamaxı"da eyniadlı komandanı 1:0 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.