Ukraynada Rusiyanın Hava-Kosmik Qüvvələrinin polkovniki öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, polkovnik Vasili Kleşenkonun meyiti döyüş meydanında aşkarlanıb.
Qeyd edək ki, Kleşenko Rusiyanın ordu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidənhazırlanma üzrə 344-cü mərkəzinin rəis müavini vəzifəsində xidmət edib. O, Ukraynaya qarşı müharibənin aktiv iştirakçılarından biri olub.