Modern.az

Millimiz Türkmənistanla qarşılaşacaq

Millimiz Türkmənistanla qarşılaşacaq

Aktual

9 Avqust 2022, 11:04

Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

 

Azərbaycan Futzal Federasiyasından Modern.az-a verilən məlumata görə, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.

 

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib.

 

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov ("Araz-Naxçıvan"), Zaur Sultanov (U-19);

 

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").

 

Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı