Modern.az

Ermənistan fürsətdən istifadə etməlidir - AKAR

Ermənistan fürsətdən istifadə etməlidir - AKAR

Aktual

9 Avqust 2022, 11:36

“Qardaş ölkə Azərbaycan 30 il öz doğma torpaqları üçün mübarizə aparıb. Buna görə də danışıqlar aparılırdı, amma nəticə yox idi. Can Azərbaycanın 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi. Amma bu gün bu problemlər həll olunub”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada səfirlərin 13-cü konfransında deyib.

 

“ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Amma Azərbaycan özü ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir. Ona görə də bu fürsəti Ermənistan yaxşı dəyərləndirməlidir”,- deyə nazir çıxışında bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı