76 saylı Lənkəran - Astara seçki dairəsi üzrə Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov şəhid məzarını ziyarət edib.
Modern.az xəbər verir ki, komitə sədri Lənkəranın Aşağı Nüvədi kəndində Aprel döyüşləri zamanı şəhid olmuş İqbal Əhmədovun məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib.
Bundan başqa, Ziyafət Əsgərov şəhid İqbal Əhmədovun ailə üzvlərilə də görüşüb.