Modern.az

Türkiyə Ukraynaya 50 zirehli maşın verdi - VİDEO

Türkiyə Ukraynaya 50 zirehli maşın verdi - VİDEO

Aktual

9 Avqust 2022, 12:08

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

 

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi deyilir.

 

Bildirilir ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

 

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı