Modern.az

Şahmatçılarımız olimpiadanı qələbə ilə başa vurdu

Şahmatçılarımız olimpiadanı qələbə ilə başa vurdu

Aktual

9 Avqust 2022, 13:30

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.

 

Modern.az xəbər verir ki, yığma XI turda Serbiya ilə üz-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5. Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub.

 

Qeyd edək ki, qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir - 1:1.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı