Modern.az

İranda 93 nəfər daşqınlar nəticəsində öldü

İranda 93 nəfər daşqınlar nəticəsində öldü

Aktual

9 Avqust 2022, 14:14

Ötən 17 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Departamentinin direktor müavini Murtaza Muradipur deyib.

 

M.Muradipurun sözlərinə görə, daşqınlarda itkin düşənlərin sayı isə 6 nəfərdir:

 

"İranın 24 vilayətində 84,5 mindən çox insan daşqınlardan zərər çəkib. 12,5 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib və 3,56 min nəfər təhlükəsiz məkanlara köçürülüb”, - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı