Modern.az

Naftalanda növbəti səyyar qəbul keçirilib

Naftalanda növbəti səyyar qəbul keçirilib

Aktual

9 Avqust 2022, 14:18

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov səyyar qəbullarda şəhərin müxtəlif ərazilərində yaşayan sakinlərlə görüşür, sual doğura biləcək problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir. Səyyar görüşlərin keçirilməsində əsas məqsəd mövcud problemlərə yerində baxılması, icrasının qanunamüvafiq və operativ həll edilməsidir.

 

Modern.az xəbər verir ki, Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən növbəti qəbul şəhərin İsa Məmmədov adına yaşayış məhəlləsinin sakinləri ilə keçirilib.

 

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Möhtərəm cənab Prezidentə öz minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...