Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsi həyati əhəmiyyət kəsb etdiyi üçün mümkün qədər tez başa çatdırılmalıdır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın yeni regional inkişaf naziri İvan Şişkov deyib.
"Bütün Bolqarıstan dövləti layihənin reallaşdırılmasını təmin etmək üçün IGB-nin podratçısını dəstəkləyir", - nazir bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində bəzi məsələlər hələ də həllini tapmayıb.
Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.