Modern.az

İslamiadada növbəti medalı qazandıq

İslamiadada növbəti medalı qazandıq

Aktual

9 Avqust 2022, 15:04

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.

 

Modern.az xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən yarışın ilk günündə 58 kiloqram çəki dərəcəsində çıxış edən Həşim Məhəmmədov uğurla mübarizə apararaq yarımfinala vəsiqə qazanıb.

 

Bununla da o, özünə ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, dörd idmançımız bu gün mübarizəyə qoşulub.

 

Taekvondo üzrə millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançı ilə təmsil olunur. Konyada dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı