Modern.az

Şirvanda doğuş zamanı körpə ölüb

Şirvanda doğuş zamanı körpə ölüb

Aktual

9 Avqust 2022, 15:20

Şirvan Doğum Evində doğuş zamanı körpə ölümü baş verib.

 

Modern.az xəbər verir ki, ötən gün Şirvan Doğum Evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 39-40 həftəlik hamilə, 2001-ci il təvəllüdlü qadın oğlan uşağı dünyaya gətirib.

 

08.08.2022-ci il tarixində saat 23:00-da çəkisi - 3 kq 650 qr, boyu 53 sm olan kişi cinsli ölü döl dünyaya gəlib.

 

Həkimlər hadisəni doğuş yollarında dölün tələf olması (hipoksiya) kimi qeydə alıblar.

 

Məlumatı Şirvan Doğum Evindən redaksiyamıza təsdiq ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı