Modern.az

Sərxoş halda 2 nəfəri öldürdü - 7 il HƏBS

Sərxoş halda 2 nəfəri öldürdü - 7 il HƏBS

Aktual

9 Avqust 2022, 15:40

Martın 21-də Bakıda ağır yol qəzası törədən “Azpetrol LTD” MMC-nin sürücüsünün məhkəməsi başa çatıb.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 

Sərxoş halda qəza törədərək 2 nəfərin ölümündə təqsirləndirilən Səbuhi Şəfiyevə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Qeyd edək ki, hadisə Novruz bayramı günü günorta saatlarında baş verib. S.Şəfiyevin idarə etdiyi “Azpetrol”a məxsus “MAN” markalı 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdaşıyan yük avtomobili Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında hərəkətdə olarkən yoldan çıxaraq qarşı zolağa keçib. Bu zaman yük avtomobili “Mercedes” markalı 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yanacaqdolduran maşın isə yolun kənarına aşıb.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı