Modern.az

Vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədə ASDI

Vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədə ASDI

Aktual

9 Avqust 2022, 15:48

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

 

Modern.az News24.az-a istinadən xəbər verir ki, 17 yaşlı Nicat Məhərrəmov özünə qəsd edib. O, yaşadığı binanın yaxınlığındakı çoxmərtəbəli binanın 17-ci mərtəbəsinə qalxaraq dəhlizdə özünü asıb.

 

Araşdırmalar zamanı məlum olub ki, intihar edən 17 yaşlı Nicat “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı İdarəsinin rəis müavini Namiz Məhərrəmovun oğludur.

 

Nicat bu il orta məktəbi bitirib və sənədlərini ali məktəbə verib. O, buraxılış və qəbul imtahanlarında ümumilikdə 600 bal toplayaraq yüksək nəticə göstərib. 17 yaşlı gəncin hansı səbəbdən intihar etməsi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı