Modern.az

Komandamız İslamiadada daha bir medal qazandı

Komandamız İslamiadada daha bir medal qazandı

Aktual

9 Avqust 2022, 19:23

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, idmançılarımız komandamızın aktivinə daha bir medal yazdırıblar. Belə ki, atletikanın üçtəkanla tullanma proqramında Azərbaycan idmançısı Aleksis Kopello gümüş medal qazanıb.

 

Bununla da komandamızın qazandığı medalların sayı 3-ə çatıb. Bundan əvvəl atletimiz Anna Skidan çəkicatma yarışlarında qızıl medal qazanıb, taekvondoçumuz Qaşım Maqomedov (58 kq) isə bürünc medala sahib olub.

 

Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı