Modern.az

Bayden Finlandiya və İsveçin gözlədiyi sənədi imzaladı - YENİLƏNİB 

Bayden Finlandiya və İsveçin gözlədiyi sənədi imzaladı - YENİLƏNİB 

Aktual

9 Avqust 2022, 23:30

ABŞ Prezidenti Co Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bayden ratifikasiya sənədini imzalayaraq hər iki ölkənin alyansa üzvlüyünü alqışlayıb və NATO-nun digər üzvlərini də eyni addımı atmağa çağırıb.

 

Sənədin imzalanması ABŞ-ın sözügedən ölkələrin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı sonuncu addımdır.

 

***

19:52

ABŞ Prezidenti Co Bayden bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmasını təsdiq edən sənədləri imzalayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Keçən həftə ABŞ Senatı səs çoxluğu ilə dövlətlərin NATO-ya üzv olmasına razılıq verib. Həm Demokrat, həm də Respublikaçı senatorlar iki şimali Avropa ölkəsinin üzvlüyünü qətiyyətlə təsdiqləyib.

 

NATO-nun 30 müttəfiqi ötən ay İsveç və Finlandiyanın üzvlük protokolunu imzalayıb və bütün üzv dövlətlər qərarı ratifikasiya etdikdən sonra iki ölkə təşkilata tam üzv ola biləcək.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...