Modern.az

“Qarabağ” Çempionlar Liqasının pley-offunda - YENİLƏNİB

“Qarabağ” Çempionlar Liqasının pley-offunda - YENİLƏNİB

Aktual

9 Avqust 2022, 23:53

“Qarabağ” komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, Budapeştdəki “Groupama Arena”da oynanılan matç Ağdam komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi oyunda komandamızın heyətində 7-ci dəqiqədə Abdullah Zubir, 55 və 78-ci dəqiqələrdə isə İbrahima Vadji fərqlənib. 86-cı dəqiqədə meydan sahiblərindən Adama Traore hesab arasındakı fərqi azaldıb. 

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi pley-off mərhələsində Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

 

***

"Ferentsvaroş" - "Qarabağ" görüşündə 4-cü qol vurulub.

 

Modern.az xəbər verir ki, meydan sahibləri hesab arasındakı fərqi azalda biliblər.

 

Hazırda görüş "Qarabağ" klubunun 3:1 hesablı üstünlüyü ilə davam edir.

 

***

“Qarabağ” klubu Macarıstan çempionu ilə oyunda hesab arasındakı fərqi üçə çatdırıb.

 

Modern.az xəbər verir ki, İbrahima Vadji özünün ikinci, Ağdam komandasının isə üçüncü qoluna imza atıb.

 

***

"Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən görüşdə ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu İbrahima Vadji hesab arasındakı fərqi 2-yə çatdırıb.

 

***

 

“Qarabağ” (Ağdam) -“Ferentsvaroş” (Macarıstan) matçının ilk hissəsi yekunlaşıb.

 

Modern.az xəbər verir ki, “Qarabağ” klubu fasiləyə üstün yollanıb.

 

Görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Ağdam təmsilçisi bir neçə dəfə qol vurmaq şansı qazansa da, hesabı artırmaq mümkün olmayıb.

 

***

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)-“Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, matçın 6-cı dəqiqəsində Ağdam komandası hesabı açıb. Oyunda ilk qola Abdullah Zubir imza atıb.

 

Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

***

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Macarıstanda qarşılaşacaq Ağdamın “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandalarının start heyətləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Ağdam komandasının start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alacaqlar.

 

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxacaqlar.

 

Qeyd edək ki, bu gün Budapeştdəki “Groupama Arena”da oynanılacaq səfər görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçı ispaniyalı hakimlər briqadası idarə edəcək. Oyunda baş hakim funksiyasını FIFA referesi Karlos del Serro Qrande yerinə yetirəcək. Ona yan xətt hakimləri Xose Naranxo, Qonsalo Qarsia Qonsales kömək edəcəklər.

 

Dördüncü hakim Migel Anxel Ortiz Arias, VAR hakimləri isə Xavyer Estrada Fernandes və İqnasio İqlesias Vilyanueva olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı