Modern.az

Krımdakı partlayışda 1 nəfər ölüb

Krımdakı partlayışda 1 nəfər ölüb

Aktual

9 Avqust 2022, 21:19

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında baş verən partlayış nəticəsində ən azı 1 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Krım üzrə nümayəndəsi Sergey Aksyonov sosial şəbəkədə məlumat yayıb.

 

O, Saki aviabazasında baş verən partlayış zamanı bir nəfərin həlak olduğunu bildirib.

 

Rusiya Müdafiə Nazirliyi daha əvvəl partlayışın hər hansı hücumun nəticəsi deyil, aviasiya sursatının partlaması olduğunu bəyan edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!