Modern.az

Yoluxma artmaqda davam edir - Ölən var

Yoluxma artmaqda davam edir - Ölən var

Aktual

9 Avqust 2022, 20:50

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9762 nəfər vəfat edib, aktiv xəstə sayı 3194 nəfərdir.

 

Son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!