"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər, asan qələbə olmadı".
Modern.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Macarıstanın "Ferentsvaroş" komandası ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi "Ferentsvaroş"un yaxşı komanda olduğunu deyərək, rəqib oyunçulara uğurlar arzulayıb.
"Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Hər oyunda belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq", - deyə Qurban Qurbanov qeyd edib.
Qeyd edək ki, “Qarabağ” komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş” klubuna qalib gələrək pley-off mərhələsinə yüksəlib.