Modern.az

Subbakalavrlar üçün "Abituriyent" jurnalı nəşr edildi

Subbakalavrlar üçün

Aktual

10 Avqust 2022, 13:24

Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, bu xüsusi buraxılışda “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə SUBBAKALAVRLARIN İXTİSAS SEÇİMİ ELANI”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İXTİSAS UYĞUNLUĞU CƏDVƏLİ ” və digər faydalı məlumatlar təqdim olunub.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı