Modern.az

Azərbaycanın İslamiadada növbəti medalı

Azərbaycanın İslamiadada növbəti medalı

Aktual

10 Avqust 2022, 14:00

V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova uğurla çıxış edərək yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, komandamızın üzvü (67 kq) yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib. O, bununla da özünə minimum bürünc medalı təmin edib.

 

Qeyd edək ki, taekvondo üzrə komandamızın üzvləri Patimat Abakarova (49 kq) və Cavad Ağayev (68 kq) də yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

 

Xatırladaq ki, bunadək Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal əldə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı