Rusiya Suriyadan qeyri-qanuni olaraq silah tədarük edir.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, iyul ayında Rusiyanın sanksiyaya məruz qalan “Sparta II” gəmisi Suriyadan Novorossiyskə yol alıb və oraya təxminən 11 ədəd hərbi texnika aparıb.
Məlumata görə, Rusiya Ukraynanın mümkün əks-hücumundan əvvəl Xersonda və Zaporojye istiqamətində müdafiəni gücləndirmək istəyir.
Eyni zamanda qeyd olunub ki, Rusiya üçün digər silah tədarükçüsü uzaqmənzilli reaktiv yaylım sistemlərinə malik olan Şimali Koreya ola bilər.