Modern.az

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? - RƏSMİ

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? - RƏSMİ

Güncel

10 Avqust 2022, 14:40

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisi əməkdaşlarının işdən çıxarılması ilə bağlı iddialara aydınlıq gətirib.

 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

 

“Həmin məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi deyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına kobud davranıb.

 

Bu gün həmin polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı