Modern.az

Müsabiqə qaliblərinə sertifikatlar verildi - FOTO

Müsabiqə qaliblərinə sertifikatlar verildi - FOTO

Aktual

10 Avqust 2022, 17:15

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan  Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən “Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.

 

Modern.az xəbər verir ki, görüşdə müsabiqənin tərəfdaşı olan qurumların – AKİA, FAO, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), həmçinin Aqrar İnnovasiyalar Mərkəzinin rəsmiləri iştirak ediblər. 

 

Aqrokimyəvi analizlərin təkmilləşdirilməsi, yem istehsalı, toxumçuluq, arıçılıq və  heyvandarlığın inkişafı ilə bağlı layihələrin qalibləri olan Hacıbala Hacıyev,  Rafiq İmanov, İlkin Əliyev, Sərxan Hacıyev və Babək Bayramov müsabiqənin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, qaliblər qısa zaman ərzində müvafiq aktivlərlə (alət və avadanlıq) təmin ediləcəklər.

 

Xatırladaq ki, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi regionlarda yaşayan və aqrar sahədə fəaliyyət göstərən gənclərin bilik və bacarıqlarını artırmaqla, o cümlədən onları lazımi avadanlıqlarla təchiz etməklə müvafiq sahədə məşğulluq imkanlarının genişləndirilməsidir.

 

“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib - FOTO“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib - FOTO“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib - FOTO“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı