Modern.az

Stadnik İslamiadanın ikiqat qalibi oldu

Stadnik İslamiadanın ikiqat qalibi oldu

Aktual

10 Avqust 2022, 19:36

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub.

 

Modern.az xəbər verir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb.

 

Rəqibini 10:0 hesabı ilə məğlub edən Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bununla da qadın güləşçimiz ikinci dəfə İslamiadanın qalibi adına layiq görülüb.

 

Qeyd edək ki, Stadnik Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!