Modern.az

Güləşçimiz Konyada gümüş medal qazandı

Güləşçimiz Konyada gümüş medal qazandı

Aktual

10 Avqust 2022, 21:28

Azərbaycanın sərbəst güləşçisi Əbubəkr Abakarov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, Ə.Abakarov iranlı güləşçi Kərimimamçiani Əlirza Məhəmmədə 0:9 hesabı ilə uduzub.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək. Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!