Modern.az

Aİ səfiri “Qarabağ”ı belə təbrik etdi

Aİ səfiri “Qarabağ”ı belə təbrik etdi

Aktual

11 Avqust 2022, 08:48

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə özünün "Twitter" səhifəsində yazıb.

 

"Bir daha Azərbaycanın “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirəm. Daha bir möhtəşəm futbol matçı!", - deyə Mixalko bildirib.

 

Xatırladaq ki, avqustun 9-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubunu 3:1 hesabı ilə məğlub edib. İki oyunun nəticəsinə əsasən (Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb) “Qarabağ” pley-off mərhələsinə yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı