Modern.az

Gədəbəyin yeni icra başçısı kimdir? - FOTO

Gədəbəyin yeni icra başçısı kimdir? - FOTO

Aktual

11 Avqust 2022, 12:25

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Gədəbəy rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbəri postuna təyinat alıb.

 

Modern.az xəbər verir ki, O.Mürsəlov yeni təyinatadək Prezident Administrasiyasında çalışıb.

 

Yerli KİV-də yer alan məlumata görə, o, PA-nın Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi olub. 

 

Qeyd edək ki, Gədəbəyin icra başçısı postu 2021-ci il oktyabrın 5-dən boş qalmışdı. 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!