Modern.az

Qadın idmançılarımız İslamiadada qalib gəldi

Qadın idmançılarımız İslamiadada qalib gəldi

Aktual

15 Avqust 2022, 21:33

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, yığmamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.

 

Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı