İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.
“Xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar. İndiyədək ölənlərin sayı yeddi nəfərə çatıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - Kostanyan deyib.
Məlumata görə, itkin düşənlərin sayı 21 nəfərə çatıb. Onların arasında beş İran vətəndaşı və Rusiya vətəndaşı olan bir qadın da var.
Qeyd edək ki, “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış nəticəsində 61 nəfər xəsarət alıb.