ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının rəhbəri, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla COVID-19 virusuna yoluxub.
Modern.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında məlumat paylaşıb.
“Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxmışdı. Dörd doza Pfizer-BioNTech peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və Paxlovid qəbul etməyə başladım”, - Albert Burla qeyd edib.