Modern.az

BBC Azərbaycan haqda veriliş hazırladı

BBC Azərbaycan haqda veriliş hazırladı

Aktual

15 Avqust 2022, 22:18

Britaniyanın BBC telekanalı “Azərbaycanın möcüzələri” silsiləsindən növbəti verilişini təqdim etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, “İpək yolu” adlanan proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur.

 

Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.

 

Qeyd edək ki, verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı