Modern.az

İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatdı - YENİLƏNİB

İrəvandakı partlayışda ölənlərin sayı 16-ya çatdı - YENİLƏNİB

Aktual

16 Avqust 2022, 08:58

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 1 nəfərin meyiti aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

 

***

07:00

 

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Bildirilib ki, ölənlərdən 9-nun şəxsiyyəti hələ müəyyən edilməyib. Onlardan biri uşaqdır.

 

***

00:26

 

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildiriıib ki, ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

 

Xatırladaq ki, avqustun 14-də İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, 61 nəfər xəsarət alıb. Bundan əlavə, 6-sı İran və 1-i Rusiya vətəndaşı olmaqla 22 nəfər itkin düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı