Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonunda hərbi hissədə partlayışın baş verməsini təsdiqləyib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.
Bildirilib ki, insident nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
***
10:05
Bu gün Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə iki dəfə partlayış baş verib.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb. Bildirilib ki, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hazırda yanğın davam edir.
Qeyd edək ki, bundan əvvəl Krımda hərbi aerodomda partlayış olmuşdu.