Modern.az

Ukraynada Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Ukraynada Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Aktual

16 Avqust 2022, 10:22

Ukraynada döyüş zamanı Rusiya ordusunun generalı öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Rusiya ordusunun generalını zərərsizləşdirib. Arestoviç öldürülən generalın adını açıqlamayıb, lakin Rusiyanın xeyli sayda itki verdiyini sözlərinə əlavə edib.

 

Qeyd edək ki, bundan öncə Britaniya kəşfiyyatı Ukraynada Rusiyanın azı 10 generalının öldürüldüyünü elan etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!