Modern.az

“Faktlar partlayışın terror olmadığını göstərir” - Paşinyan

“Faktlar partlayışın terror olmadığını göstərir” - Paşinyan

Aktual

18 Avqust 2022, 16:47

Ticarət mərkəzində baş vermiş partlayış terror aktı deyil. 

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib ki, "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı açılmış cinayət işində müxtəlif fərziyyələr nəzərdən keçirilir. Lakin mövcud sübutlar hadisənin ehtiyatsızlıqdan baş verdiyini göstərir.

 

"Ticarət mərkəzindəki partlayış terror aktı və ya qəsdən törədilmiş cinayət deyil”, - Paşinyan vurğulayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində 16 nəfərin ölümü, 62 nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı