Modern.az

İrina Zaretska İslamiadanın ikiqat qalibi oldu

İrina Zaretska İslamiadanın ikiqat qalibi oldu

Aktual

18 Avqust 2022, 20:48

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) V İslam Həmrəyliyi Oyunlarının kumite yarışlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, təmsilçimiz ikinci dəfə İslamiadanın qalibi olub. Belə ki, karateçimiz 2017-ci ildə Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Millimizin digər üzvü Pənah Abdullayev isə (84 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı