Modern.az

Livan prezidenti suriyalı qaçqınları ölkədən qovur

Livan prezidenti suriyalı qaçqınları ölkədən qovur

Aktual

19 Avqust 2022, 08:15

Livan hökuməti on bir il əvvəl bu ölkədə sığınacaq tapmış suriyalı qaçqınların geri göndərilməsi başlayıb.

 

Modern.az xəbər verir ki, prezident Mişel Aun 15 min qaçqının Suriyaya göndərilməsi barədə tapşırıq verib.

 

Onun sözlərinə görə, Qərb ölkələrinin qaçqınların öz vətənlərində təqibə məruz qalacaqları barədə açıqlamaları həqiqətə uyğun deyil. Mişel Aun vurğulayıb ki, Suriya hökuməti onları qəbul etməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, hazırda dərin sosial-iqtisadi böhranla üzləşmiş Livanda 1 milyondan artıq suriyalı qaçqın var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı